Haqqımızda
Fortis Construction— investisiya və developer şirkətidir.
Fəaliyyət sahələrimiz:
● Yüksək investisiya potensialına malik əraziləri seçirik;
● Ərazilər üçün konseptual planlar tərtib edirik;
● Mühəndislik hazırlığı, layihələndirilmə və tikinti işlərini yerinə yetiririk;
● Tikintini reallaşdırırıq, onun sonrakı istismarını və idarə edilməsini təmin edirik;
● Razılıq və icra sənədlərinin toplanması, onların eyniləşdirilməsinin təmin edilməsi və dövlət orqanlarında qeydiyyatı daxil olmaqla sənədləşmə prosesini həyata keçiririk.
Biz, iqtisadi cəhətdən səmərəli və bazar tələbatına uyğun layihələr yaradırıq. İş və istirahəti özündə birləşdirən, zamanı daha effektiv istifadə etməyə imkan yaradan məkanlar təqdim edirik. Layihələrimiz, dolğun və zəngin həyat üçün bütün vacib incəlikləri özündə birləşdirərək, insanların diqqətini cəlb edən mərkəzlərə çevrilməyi hədəfləyir.
Fortis şirkəti artıq 10 ildən çoxdur ki, Azərbaycanda ən qabaqcıl premium tikinti şirkətlərindən biridir. Park Bayil, Ancora Residence, Fortis Residence, Club House, Golden Horn Apart Hotel və biznes mərkəzləri kimi layihələrimiz işimizin parlaq nümunələridir.
Bazarda mövcud olduğu müddətdə şirkət, ilk növbədə xidmətlərin yüksək keyfiyyəti, müasir tikinti texnologiyaları, güclü mühəndis potensialı və zəngin təcrübə sayəsində etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır.
Yüksək ixtisaslı mütəxəssislərimizin: memarlar, dizaynerlər, texniki mühəndislər və maliyyə məsləhətçilərinin effektiv komanda işi şirkətimizə bütün investisiya və tikinti proseslərini tez bir zamanda həyata keçirməyə imkan verir.
FORTIS Residence
Fransız üslublu bu eleqant 6 mərtəbəli bina Atkins şirkəti tərəfindən yerli mütəxəssislərlə birgə xüsusi olaraq Bakı Ağ Şəhər üçü n layihələndirilmişdir. Fasadın və damın üzlənməsi üçü n materialın seçilməsi Baş Plana uyğun olaraq memarlıq tələbləri və texniki şərtlər ilə tənzimlənir. Fortis yaşayış kompleksində mənzillərin hər iki tərəfə çıxışlı işlənməsi keyfiyyətli mənzillərə olan müasir tələblərə uyğundur-bunlar böyük hollar, geniş mətbəxlər, işıqlı qonaq otaqları, rahat yataq və vanna otaqlarıdır.
PARK BAYIL
Yeni 12 mərtəbəli Park Bayıl yaşayış kompleksi tarixi ab-havanı, rahatlıq dolu yaşayış şəraitini və müasir mühəndis-memari həllərin tətbiqini özündə misilsiz surətdə birləşdirir. Park Bayıl kompleksinin yaşayış məhəlləsinin daxilində yer alması sizi şəhər gurultusundan xilas edir, səs-küydən uzaq köhnə Bakının yaşıl döngələrindən aram-aram həzz almağınıza kömək edir. Sahildən əsən sərin və şəfalı dəniz havası burada şəhərkənarı istirahət yeri təəssüratını yaradır. Park Bayıl yaşayış kompleksinin, demək olar ki, bütün mərtəbələrindən Bakı buxtasının könülalan dəniz panoraması, eləcə də Bayıl parkı, Dağüstü park və Flame Towers-in fövqəladə gözəl mənzərələri açılır.
ANCORA Residence
7 mərtəbəli premium yaşayış kompleksi Ancora Residence – dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən Mərkəzi Park kvartalının geniş və yaşıl Qarabağ Atları meydanında yerləşir. Bina yerli mütəxəssislərlə əməkdaşlıq zəminində mühəndisi-layihə idarə məsələləri və dizaynda dünyaca tanınmış Atkins şirkəti tərəfindən Bakı Ağ Şəhər layihəsi üçün hazırlanmışdır. Şəhər mərkəzinə yaxınlıq, peşəkarlıqla layihələndirilmiş nəqliyyat və sosial infrastruktur Ancora Residence-in ən rahat məkanlardan biri kimi qalmasını təmin edir.
GOLDEN HORN Apart Hotel
Golden Horn Bakının biznes guşəsində yerləşən eleqant apart oteldir. Böyük yataq otaqları, geniş yaşayış sahələri və zərif mətbəxlər evdən uzaqda rahat bir ev yaradır.
KURBAN SAID Restaurant
Restoranmızda Siz canlı musiqi və müxtəlif incəsənət axşamlarının müşayiəti ilə zərif otantik mətbəxdən həzz alaraq rahat atmosferdə dincələcəksiz!
Sizi hər zaman salamlamağa şad olarıq, əziz qonaqlarımız!